Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2015

General Süleymani biz iraqlılara sədaqət və vəfadarlıq dərsi verib!

Nur-az.com shia-news.com-a istinadən:
İraq parlamenti sədri müavini cənab Şeyx Həmmam Həmudi bildirib ki, hal-hazırda İran İraq xalqının ürəyində özünə dərin yer salıb, hamı yaxşı bilir ki, bu ölkəni necə himayə edir, qadaş ölkənin oğlu Süleymani ön cəbhədə əsgərlərlə birgə çiyin-çiyinə necə hazır olur və onlara necə səmimiyyətlə əsl sadiqlik, vəfadarlıq hislərini nümayiş etdirir…

Cənab Həmudi qədimdən iki ölkə arasında mövcud olan dini-elmi əlaqələrə dair deyib ki, Qumla Nəcəf arasında qırılmaz rabitələr vardır, bu iki elmi mərkəzdən daim bir-birinə təhsil üçün axınlar olub, hər iki ocağın maarif qaynağı eynidir. Bu iki şəhər ayrı-ayrı ölkələrdə yerləşsə də, hər biri özünə xas ölkədaxili qlobal hadisə və proseslərlə qarşılaşsa da, ikisi də, bir gövdənin şaxələridir, bir-birini tamamlayırlar…
Artıq iki ölkə arasında rabitələr günü-gündən artmaqdadır, İran hər bir halda bu ölkənin müstəqilliyinin, Dövlət Qanununun, o cümlədən, milli iradəsinin tərəfdarı olub, bütün sahələrdə – siyasi, iqtisadi, mədəni perspektivlərdə inkişafını istəyir. Bu gün ölkədə əmniyyətin bərqərarı İranın təhlükəsizlik sahələrindəki himayəsi sayəsindədir və bunlarsız Bağdadı İŞİD-in təcavüzündən saxlamaq mümkün deyildi.
Onu da qeyd etməliyik ki, o zaman Səddam Hüseynin dövründə İrana qarşı əks təbliğatın nəticəsində xalqda bu ölkəyə qarşı müəyyən sərt münasibət yaransa da, hal-hazırda onun tam əksinə olaraq İran bütün İraq xalqının ürəyində özünə yer açıb, hamı yaxşı bilir ki, onu necə himayə edir, onun Süleymani kimi oğlu cəbhə bölgələrində əsgərlərimizlə necə çiyin-çiyinə hazır olur, onlara sədaqət və vəfadarlıq dərslərini aşılayır. Şükürlər olsun ki, bu rabitələr yalnız şiəliyə görə və ya şiələr arasında deyil, hazırda ölkəmizin hər bir məsləkindən – sünni, məsihi, kürd və hətta dinsizlərə qədər İrana qarşı rəğbət artıb və inşallah, bu əlaqələr daha da, genişlənəcək.
İranla İraq arasındakı siyasi rabitələr hər iki tərəfin xeyrinədir və hal-hazırda İraqın təhlükəsizliyi İrana bağlıdır, o cümlədən, İraqın da, iqtidarının artmağı İranın xeyrinə olacaq.
1193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi