Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

Ziya Məmmədovun sirləri rəqiblərinin əlinə keçə bilər

Biznes ortağı Hafiz Məmmədovun ondan üz döndərməsi nazir üçün ciddi problem yarada bilər

Borc bataqlığında olan “Hafka” son bir ayda möcüzəvi şəkildə dirçəlib. Bunu onun prezidenti olduğu “Bakı” klubunun maliyyə vəziyyətinin düzəlməsi də təsdiq edir. “Yeni Müsavat”ın məlumatına görə, bir neçə gün əvvəl “Hafka” futbolçuların hətta başa çatmamış avqust ayına olan məvaciblərini verib. Klubun sahibi futbolçulara çatdırıb ki, bundan sonra maaşlarını vaxtında alacaqlar.

Daha maraqlı və sensasion hadisə isə biznesmenin “Bakı” klubunun rəsmiləri ilə görüşündə baş verib. “Hafka” onun əleyhinə kampaniya aparanların tezliklə əməllərindən peşman olacaqlarını bildirib. Hafiz Məmmədov “çox şükür, indi çox rahatam, bütün problemlər, demək olar, həll olundu, qalıb 1-2 məsələ... Onlar da vaxt almayacaq” - deyib. O, kimlərəsə mesaj da verib: “Görəcəksiz, ayağıma gələcəklər. Mənə arxadan zərbə vuranlar öz cəzalarını alacaqlar. Mən Allahıma və dövlətimə çox inanıram. Haqq iş yerdə qalmaz. Son 2 ildə olanları heç kimə arzu eləmirəm. Yaxşı günlərimiz bundan sonra başlayır. Ümumiyyətlə, çox adamı tanıdım”.

Məlumdur ki, “Hafka”nın sahibi olduğu “Bakı” futbol klubunda maliyyə böhranı səbəbindən klubun səhmlərini nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla Beynəlxalq Bankın o vaxtkı sədri Cahangir Hacıyev nəzarətə keçirmək üçün çox çalışırdılar. “Hafka”nın tikanlı sözlərinin də Cahangir Hacıyevə və bir vaxtlar verdiyi müsahibədə “atam” dediyi Ziya Məmmədova ünvanladığı aydındır.


Hafiz Məmmədov uzun müddət Ziya Məmmədovla biznes ortağı olub və onun himayədarlığı altında iqtisadi imperiya qurub. Lakin iş adamının iflasa uğraması, nəqliyyat nazirinin ona yardım etməməsini göründüyü kimi, “Hafka” “arxadan zərbə” hesab edir.

Iddialara görə, “Hafka”nın Məmmədovlarla artıq heç bir ortaqlığı qalmayıb. Iş adamı isə daha qüdrətli bir məmur-oliqarxın “krışalığı”altına keçdiyindən maliyyə vəziyyətini düzəldib və həbs təhlükəsindən qurtulub. Amma bu “krışalıq” müqabilində Hafiz Məmmədov biznesinin ən gəlirli sahəsindən - neft daşımaları biznesindəki kvotasından məhrum olub. Çünki Hafiz Məmmədovun sürətlə milyarderə çevrilməsi məhz neft daşımalarındakı payı sayəsində mümkün olmuşdu və o, həmin biznesdən əldə etdiyi gəlirləri biznesin digər sahələrinə yönəldərək sərvətini artırırdı.

Hafiz Məmmədovun Ziya Məmmədovla üzülüşməsi ikinci üçün kompromatların rəqiblərin əlinə keçməsi deməkdir. Çünki yuxarıda qeyd edildiyi kimi iş adamı ilə nazir arasında münasibətlər çox sıx olub. Hafiz Məmmədov Ziya Məmmdovun bir çox sirlərini bilir. Indi onun başqa nəqliyyat nazirinə üz çevirməsi həmin sirlərin rəqiblərin əlinə keçməsi təhlükəsini yaradıb.
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi