Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

120 müəllim ailəsi təhlükə qarşısında...

Bugünlərdə Yasamalda baş vermiş bədbəxt hadisə yenidən təkrarlana bilər

Bir neçə gün əvvəl Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki 16 mərtəbəli binada baş verən bədbəxt hadisə paytaxtdakı digər binalarda istismar müddəti keçmiş liftlərdən əziyyət çəkən sakinləri qorxuya salıb. Çünki 16 mərtəbəli binada içində 6 nəfərin olduğu liftin şaxtaya düşməsi və 4 nəfərin xəsarət alması ilə nəticələnən hadisə təəssüf ki, ilk və son deyil. Bakıdakı binalarda liftlərin bərbad durumunu nəzərə alsaq, deməli, minlərlə insan təhlükə qarşısındadır. Əlaqədar qurumlar isə bu kimi hadisələri sanki görməzdən gəlir və lazımi addımları atmır.
Yasamal rayonu, Mətbuat prospekti, 18/7 ünvanında yerləşən binanın sakinləri “Azadlıq”a ünvanladıqları məktubda növbəti lift faciəsinin onların yaşadığı binada baş vermək təhlükəsindən bəhs ediblər. Sakinlər bu problemlə əlaqədar dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, dövlət strukturları insanların təhlükəsizliyi məsələsinə diqqət yetirməyə lüzum görməyiblər.
“Binamızın lifti öz ömrünü çoxdan tapşırıb. Prezidentə məktub yazaraq, hamısı müəllim-professor olan 120 ailənin əziyyət çəkdiyi problemin həllini xahiş etdik. Yeddi bloklu binanın üzlüyünü dəyişməkdənsə, lift problemini həll etmək lazımdır. Binanın lifti elə vəziyyətdədir ki, hər an faciə baş verə bilər. Binanın liftinin təmiri məsələsini təcili şəkildə həll etmək lazımdır. Yasamal rayon Icra Hakimiyyəti, Bakı Şəhər Icra Hakimiyyəti bu məsələdən mütləq xəbər tutmalıdır. 120 ailə elə bir kənd deməkdir. Əlaqədar qurumlar bu məsələyə reaksiya vermir. Amma istənilən seçkidə problemlərinə laqeyd qaldıqları əhalidən səs gözləyirlər. Ziyalı təbəqəsinin əziyyət çəkdiyi bu məsələnin tezliklə həll olunmasını xahiş edirik”, - deyə təhlükə qarşısında olan sakinlər yazır./azadlıq/
617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi