Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

“Növbəti devalvasiya 20-25 faiz arasında olacaq”

İqtisadçı ekspert: «Hazırda vəziyyət fevral devalvasiyasından əvvəlki durumla çox oxşardır»

Bazar ertəsi Mərkəzi Bank dolların məzənnəsini elan etdikdən sonra bəzi banklar məhdud həcmdə dollar satışına başlayıblar. Bankdan asılı olaraq bir ələ $1 mindən $5 minədək həcmdə dollar satışı ilə bağlı limit müəyyən edilib. Lakin valyuta tez qurtarır. Ekspertlər baş verənləri valyuta qıtlığının artması ilə əlaqələndirirlər. AMB-nin məlumatına görə, iyulda valyuta ehtiyatları $18,7 mln. azalıb.

Fevral devalvasiyasndan sonra martdan iyula qədər AMB-nin valyuta ehtiyatları $11 mlrd. 4,4 mln.-dan $8 mlrd. 501,5 mln.-dək azalıb.


Xatırladaq ki, 2014-cü il iyulun 31-i üçün AMB-nin valyuta ehtiyatları $15 mlrd. 193.4 mln. ekvivalentində olub. Illik zaman kəsiyində AMB-nin valyuta ehtiyatları $6 mlrd. 691,9 mln. tükənib.

Amma maraqlı bir tendensiyada mövcuddur. Fevralın 21-də baş verən devalvasiyanı şərh edən dövlət başçısı Ilham Əliyev Mingəçevrdə keçirdiyi görüşdə bəyan etmişdi ki, “bir gün ərzində bəzi möhtəkirlərin 500 milyon dollar alması devalvasiyanı qaçılmaz etmişdi”. Rəsmi məlumatlara görə, ötən həftənin iki günü ərzində vətəndaşlara 370 milyon həcmində dollar satılıb. Bu isə artıq fevralın 21-dəki devalvasiya prosesinin başlanğıcına yaxın məbləğdir. Neftin dünya bazarındakı qiyməti isə durmadan düşür. Belə olan halda Azərbaycan devalvasiyaya getməməyə nə qədər dözə bilər?

Ekspertlərə görə, dolların manata olan təzyiqi hər ötən gün daha geniş vüsət alır və milli valyutamızın bu təzyiqə uzun müddət dözməyi çətin olacaq. Çünki manatın hazırkı kursda saxlanılması Mərkəzim Bankın vəsaitlərinin tükənməsi deməkdir. Bu isə o anlama gəlir ki, manatın 2-ci devalvasiyası qaçılmazdır. Hazırda hakimiyyətin atdığı addımlardan hiss olunur ki, iqtidar bu addımı parlament seçkisindən sonraya saxlayıb. Hakimiyyət seçkiləri nisbətən möhkəm manatla yola verməyə çalışır. Amma dünya bazarında neftin qiymətinin sürətlə düşməsi dolların mövqelərini möhkəmləndirir. Bu isə digər valyutalara, xüsusi ilə ixracı neftdən asılı olan ölkələrə ciddi təzyiq yaradır.

İqtisadçı Samir Əliyev deyir ki, bir neçə gündür əhali arasında “dollar təşvişi” neftin qiymətinin kəskin düşməsindən və Rusiyada, Qazaxıstandakl proseslərdən sonra başlayıb.

S.Əliyevin sözlərinə görə, banklarda dolların olmamasını isə sadə vətəndaşların çıxardığı kiçik məbləğlər deyil, gözəgörünməyən böyük məbləğlər yaradıb. Ekspert yaranmış vəziyyətdə manatın yeni devalvasiyasının da qaçılmaz olduğunu bildirir: “Bu dəfəki devalvasiya 20-25 faiz arasında olacaq. Ola bilsin ki, hökumət yumşaq devalvasiyaya getsin. Ancaq vəziyyət çıxılmaz olsa, kəskin devalvasiya qaçılmaz olacaq”. Iqtisadçı indi vəziyyətin fevral devalvasiyasından əvvəlki durumla çox oxşar olduğunu bildirib (Azadlıq Radiosu).
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...