Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Bin Ladenin İngiltərədə qəhrəman elan edildiyi il - Foto

“İndependent” qəzetində 1993-cü ildə yayımlanan bir müsahibədə dünyaya fərqli bir Üsamə Bin Ladendən bəhs edilib.

1993-cü ildə “İndependent” qəzetində Robert Faysk imzasıyla çap edilən müsahibədə bugünkündən çox fərqli bir Bin Laden portreti təqdim edilib. 1989-cu ildə Sovet ordusuna qarşı savaşan Üsamə Bin Laden qəzetdə “Sovetə qarşı döyüşən ordunu barış yoluna yönəltdi” cümləsi ilə təqdim olunub.

Sudanda Sovet ordusuna qarşı savaşan Bin Laden burada apardığı mübarizəni qazandıqdan sonra ölkədə yol və liman inşaatlarının təməlini qoyub. Buna görə dünyanın diqqətini cəlb edən Bin Ladendən müsahibə alan “İndependent” geniş bir Bin Laden bioqrafiyası yayımlayıb.

Robert Fayska müsahibə verən Bin Laden özünü sadə bir mühəndis və əkinçi olaraq təqdim edib. Sovet ordusuna qarşı mübarizə aparmaq vacib olduğu üçün savaşdığını ifadə edən Bin Laden nəticədə qələbə qazandığını dilə gətirib.

Bin Ladenin həmçinin insanların iddia etdiyi kimi dağlarda döyüşçü yetişdirmədiyi, əksinə, mühəndisliklə məşğul olduğu, ölkəyə yollar və limanlar inşa etdiyi bildirilib.


1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı