Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Mingəçevirdə “fatihəsi” oxunmuş “MIS”lərin yeni fırıldağı

Əhalini aztəminatlı ailələri siyahıya almaq adıyla aldadırlar

Hər bir ailəyə yeni ilin ilk ayında 1200 manatadək kompensasiya vəd olunur

Bir müddətdir ki, Mingəçevir şəhərindəki MIS-lər tərəfindən ərazilərdə guya ki, aztəminatlı ailələrin siyahıya alınması adı altında kampaniyaya start verilib. Əhali arasında çaşqınlıq yaradan bu siyahıyaalma kampaniyasının mahiyyəti onlara belə izah olunub ki, dövlət hər bir aztəminatlı ailəyə kompensasiya ödəyəcək və siyahının tutulmasında da başlıca məqsəd budur. Ödəniləcək məbləğin 1200 manat civarında olduğu bildirilir.

Artıq bununla bağlı bəzi MIS-lərdə ajiotaj yaranıb. Yeri gəlmişkən, bu ajiotaja Əmək və Əhalinin Sosial Müdafiəsi nazri Səlim Müslümovun son günlər əhalinin aztəminatlı təbəqəsinə qarşı münasibətdə yerlərdə ayrı-ayrı məmurların yol verdikləri nöqsanlarla bağlı məlum çıxışları da müəyyən stimul verib. Siyahıda birinci olmaq və “kompensasiyadan” yararlanmaq istəyənlər növbəyə yazılırlar. “Fatihəsi” oxunmuş MIS-lərdə isə ilin son ayı olduğunu nəzərə alıb əhalidən pul qoparmaq üçün əla fürsət yaranıb. Siyahıya salınmaq adıyla yaşayışçılardan guya ki, aylardan, illərdən bəri yığılıb qalmış “ev pulu” borcları alınır. Vətəndaşların adlarının siyahıya salınması, kompensasiya alanlar sırasında birinci olması üçün konkret qiymətlər müəyyənləşdirilib.

Məsələyə aydınlıq gətirilməsi üçün Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma Idarəsiylə əlaqə saxladıq. Idarənin baş mühəndisi Qürbət Məmmədov “Azadlıq”a bildirdi ki, belə bir şey var, sadəcə MIS-lər bu işdə köməkçi rolunu oynayırlar: “Göstəriş Mingəçevir şəhər Icra Hakimiyyyətindən gəlib. Biz sadəcə yerlərdə aztəminatlı ailələrin sayını dəqiqləşdirməkdə onlara yardımçı oluruq. Kompensasiya verilib-verilməyəcəyinə dair heç bir məlumatımız yoxdur”.

Bir daha xatırladaq ki, Mənzil Məcəlləsində MIS-lərin mənzil təsərrüfatı prosesində qeyd edilməməsi artıq 4-cü ildir onların qanundankənar fəaliyyət göstərməsi deməkdir. Başqa sözlə, Məcəllədə MIS-lərlə bağlı müddəa ləğv olunub və onların fəaliyyəti ilə bağlı heç bir əsas yoxdur. Zaman-zaman MIS-lərin fəaliyyəti müzakirə olunsa da, onların tamamilə ləğv edilməsi prosesi ləngiyir. Halbuki ekspertlərə görə, MIS-lər ləğv edilməli və onların səlahiyyətləri bələdiyyələrə verilməlidir.

Ancaq burda bir məsələ də var. Bu da bu gün MIS-lərin ləğvinin hökumətin marağına daxil olmamasıyla bağlıdır. Ona görə yox ki, MIS-lər ləğv edildikdə mənzillər başlı-başına qalacaq. Ona görə ki, bu gün MIS-lər ölkədə daha çox siyasi funksiyanı yerinə yetirir. Xüsusilə də seçki dövründə imzatoplama prosesində, seçici siyahılarının hazırlanmasında onların rolu əvəzolunmazdır. Ərazidə kimlərin yaşadığı və nə işlər gördüyü barədə məlumatları da müvafiq güc strukturlarına MIS işçiləri ötürür. Bələdiyyənin əmlak vergisini də MIS-lər yığır. Ərazilərindəki evlərin alğı-satqı prosesində MIS-lərin həm də bir növ “dəllal” mövqeyindən çıxış etməsi heç kimə sirr deyil. Bir sözlə, bu gün MIS-lər istənilən bir qurumun tapşırığını “canla-başla” icra edir.
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir