Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

Moskvanın mərkəzində yəhudi iş adamı güllələnib

Moskvanın mərkəzində israilli iş adamı Vladimir Kirmana qarşı sui-qəsd olub.
"Report" "LifeNews"a istinadən xəbər verir ki, 47 yaşlı sahibkara qarşı sui-qəsd bazar ertəsi, avqustun 24-də Seleznevski küçəsində, Moskva vilayətinin Arbitraj Məhkəməsi qarşısında baş verib.
Moskvanın hüquq firmalarından birinə rəhbərlik edən V.Kirman və onun nümayəndələri Arbitraj Məhkəməsində işi uduzublar. Onlar "Teatralnı proyezd"də ofis binası səbəbindən məhkəməyə müraciət ediblər.
İclasın sonunda iş adamı və onun vəkili binadan çıxıb. Sürücüsü maşını girişə gətirib. Naməlum şəxs Kirmana yaxınlaşanda və ona yaxın məsafədən 4 dəfə atəş açanda vəkil artıq avtomobildə olub. Cani hadisə yerindən qaçıb. Yaxınlıqda duran polis əməkdaşları sui-qəsdə vaxtında reaksiya verə bilməyiblər.
Üç güllə yarası alan iş adamı xəstəxanaya aparılıb.
İstintaq orqanları sui-qəsd faktı üzrə cinayət işi qaldırıb.
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP