Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

Rusiyada 5 Azərbaycan vətəndaşı həbs edilib

Saxta sənədlərlə Rusiya paytaxtı Moskvadan Norilsk şəhərinə gedən 5 Azərbaycan vətəndaşı hava limanında saxlanılıb.

Rusiya Nəqliyyat Nazirliyinin Sibir vilayəti üzrə idarəsinin verdiyi məlumata görə, onlar sənədlərin yoxlanılması zamanı "Xarici vətəndaşın Norilsk şəhəri və Taymır Dolqano-Nenetsk bələdiyyə rayonu ərazisinə girişinə razılıq" sənədi göstəriblər. Lakin sənədlər polisdə şübhə oyadıb. Ekspertlər sənədlərin saxta olduğunu təsdiq ediblər.

Saxta sənədin istifadəsinə görə Azərbaycan vətəndaşlarına qarşı cinayət işi başlanıb. Onları 80 min rubl (təxminən 1200 manat) dəyərində cərimə və ya 2 il müddətinə icbari iş, yaxud 3 ildən 6 aya kimi həbs cəzası gözləyir.
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz