Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

Həyat yoldaşı ilə dalaşaraq özünü yandıran kişi öldü

Azərbaycanın Tovuz rayonunda həyat yoldaşı ilə dalaşaraq özünü yandıran şəxs dünyasını dəyişib.

Qazax rayonunun Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev Bakıdakı Yanıq Mərkəzində aparılarkən yolda ölüb.

Qeyd edək ki, hadisə Tovuz rayonunun Quşçu kəndində qeydə alınıb. Elsevər Qədimalıyev özünü üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb./apa/
1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10