Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

ABŞ yenə Türkiyəni yalanladı: – «İŞİD-ə qarşı əməliyyat razılaşdırılmayıb»

Türkiyə xariсi işlər naziri Mövlud Çavuşoğlu dünən açıqlama vermişdi ki, İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyata başlayırlar və ötən bazar günü əməliyyatla bağlı son detallar ABŞ-la razılaşdırılıb. Ağ Evin sözçüsü Coş Ernest isə bu gün jurnalistlərə açıqlamasında xəbəri təkzib edib.

Sozçü hələ ki hərbi əməliyyatlarla bağlı razılığa gəlinmədiyini və təmasların davam etdirildiyini bildirib.

Xatırladaq ki, ABŞ bir müddət əvvəl Türkiyə tərəfinin «Suriyada azad zonanın yaradılması ilə bağlı ABŞ-la razılığa gəlmişik» açıqlamasını da yalanlamışdı. Və bu istiqamətdə müzakirələrin davam etdiyini deməklə kifayətlənmişdi.
565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber