Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Gülər Əhmədova tərəddüd içində

Keçmiş deputat hökmdən narazı qalsa da, ondan şikayət edib-etməyəcəyini dəqiqləşdirməyib

Bir çoxları Gülər Əhmədovaya üç il həbs cəzası verilməsini həddindən artıq yüngül cəza hesab etsə də, keçmiş deputatın özü də, vəkili Əfsər Talıbov da fərqli fikirdədir. Gülər Əhmədova və vəkili məhkəmə çıxışlarında ittihamların əsassız olduğunu və sübuta yetirilmədiyini vurğulayaraq, bəraət hökmünün çıxarılmasını istəmişdilər.

Hökm bəlli olandan sonra Gülər Əhmədova özü də, müdafiəçisi də nəticədən narazı qalmışdılar. Hətta keçmiş deputatın yaxınları elə hökm elan olunan gün bildirmişdilər ki, apelyasiya şikayəti veriləcək.

Indi isə vəkil Əfsər Talıbov hökmdən şikayət verilməməsini istisna etmir. Vəkil bunu apelyasiya məhkəməsində işə ədalətli baxılacağına inanmadıqlarıyla izah edir.

“Reallıq ondan ibarətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədova barəsində qərəzli hökm çıxardı. Apelyasiya instansiyasının da işə obyektiv baxacağına inanmıram. Apelyasiya şikayəti verib-verməyəcəyimizə gəlincə, hələlik birinci instansiya məhkəməsinin hökmünü alaq, sonra fikirləşəcəyik”, - deyə vəkil “mediaforum”a açıqlamasında bildirib.

Dekabrın 5-də Gülər Əhmədova ilə görüşdüyünü deyən vəkilin sözlərinə görə, keçmiş deputat həkim nəzarətindədir, səhhəti qənaətbəxş deyil: “Onun səhhətindən çox narahatam. Ürəyində ağrıları, boğazında zob xəstəliyi var, arterial təzyiqi tez-tez aşağı-yuxarı olur”./azadlıq/
1918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 18:57
Rusiya Ukra