Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

“Zor və əzələ nümayişi əslində hakimiyyətin gücünün yox, zəifliyinin simptomudur”

Ötən həftə Mingəçiver Polis Şöbəsində baş vermiş ölüm hadisəsindən sonra şəhərdə əhali və polis arasında qarşıdurmalar yaşandı.

Polislə məhkəmə çəkişmələrindən başı açılmayan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev açıqlama verərək məsələyə münasibət bildirib:

"Çox təəssüf ki, polis ölkəmizdə bu cür hallara yol verir. İnsanların haqlı etirazları, sərbəst toplaşmaq azadlığı bir çox hallarda hakimiyyətin qeyri - adekvat müqaviməti ilə rastlaşır. Bu, ölkəmizdə hökm sürən qanunsuzluqlardan xəbər verir. Zor və əzələ nümayişi əslində hakimiyyətin gücünün yox, zəifliyinin simptomudur. Son zamanlar ordunun bu məsələlərə müdaxiləsi isə heç şübhəsiz ki, ciddi qanun pozuntusu kimi qiymətləndirilməlidir. Demokratik dəyişiklər istəməyən, buna müqavimət göstərən hakimiyyətlər belə anti - demokratik və qeyri - humanist üsullarla, əslində, öz sonluğunun anonsunu vermiş olurlar. Qısa desək, iqtidar hakimiyyətini qorumaq üçün hər vasitədən istifadəni məqbul hesab edir və bu, onun ən böyük səhvidir."/Moderator/
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...