Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

ABŞ-da 14 yaşlı silahlı şagird müəllimi girov götürdü

ABŞ-ın Qərbi Virciniya ştatında silahlı 14 yaşlı yeniyetmə məktəbdə bir neçə şagirdi və müəllimi girov götürüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, hadisə yerinə polis cəlb olunub, məktəbdə olanlar təxliyə edilib. Yeniyetmə könüllü olaraq silahı polisə təhvil verib və girovları azad edib. İnsident zamanı xəsarət alan olmayıb. Məktəbli səhhətinin yoxlanılması üçün xəstəxanaya aparılıb. Onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil./apa/
508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11