Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

Fransa qatarına hücum edənin üzərində tapança, avtomat və 270 patron olub

Amsterdam-Paris qatarında atəş açan Mərakeş vətəndaşı Əyyub əl Kazzani terrorçuluqda ittiham olunub. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Paris prokuroru Fransua Molin bildirib. Onun sözlərinə görə, terror məqsədi ilə kütləvi qətllər törətmək cəhdində şübhəli bilinən əl Kazzani saxlanılıb. Bundan başqa, əl Kazzani qanunsuz silah saxlamaq və gəzdirməkdə də ittiham olunur.

Prokuror qeyd edib ki, saxlanılan zaman Əyyub əl Kazzaninin üzərindən “Kalaşnikov” avtomatı, 270 patron, həmçinin “Lüger” tipli tapança və şüşə qabda 0,5 litr benzin götürülüb.

Məlumata görə, atəş açmazdan əvvəl əl Kazzani qatarda mobil telefonunda radikal məzmunlu video çarxa baxıbmış.

Polis Kazzaninin bacısının evinə baxış keçirib. Hücumdan əvvəl onun məhz bacısının evində yaşadığı bildirilir.

Qeyd edək ki əl Kazzani Amsterdam-Paris qatarında kütləvi qətllər törətməyə cəhd edib, lakin sabiq hərbçi olan iki amerikalı və bir britaniyalı sərnişin tərəfindən dərhal saxlanılıb. Kazzaninin hücumu zamanı yalnız bir neçə nəfər yüngül yaralanıb.

Fransa prezidenti Fransua Olland cinayətkarı saxlayan amerikalıları Fəxri Legion ordeni ilə təltif edib./apa/
452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber