Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

Almaniyada daha bir qaçqın sığınacağı yanıb

Ötən gün Almaniyanın paytaxtı Berlin yaxınlığında yerləşən Nauen şəhərində müvəqqəti olaraq 130 qaçqının yerləşdirilməsi üçün nəzərdə tutulan məktəbin idman zalında yanğın baş verib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə polisin məlumatında bildirilir.
Polis yanğının texniki nasazlıq səbəbindən baş verməsi versiyasını az ehtimal edir və hesab edir ki, yanğın qəsdən törədilib.
Brandenburq torpağının baş naziri Ditmar Voydke öz növbəsində vəd edib ki, yerli hakimiyyət istənilən dözümsüzlük halları ilə barışmayacaq. O bildirib ki, hadisəni törədənlər məsuliyyətə cəlb ediləcəklər.
Bazar ertəsi Vayss-im-Tal şəhərində qaçqınlar üçün nəzərdə tutulan daha bir sığınacaq "müəmmalı" şəkildə yanmışdı. Yerli hüquq-mühafizə orqanları hadisənin törədildiyini bildirirdi.
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35