Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

Batumini sel apardı

Leysan yağışlar və 4 ballıq qasırğa Gürcüstanın Batumi kurort şəhərində daşqınlara səbəb olub, şəhərə köməyə paytaxt Tiflisdən və Kutaisidən əlavə xilasetmə qüvvələri göndərilib, əhalinin bir qismi işıqsız qalıb.


APA xəbər verir ki, şəhərin küçələri, binaların birinci mərtəbələri və dəmiryol stansiyası su altında qalıb. Batuminin çıxışında şəhəri tərk etməyə çalışan nəqliyyat vasitələrinin böyük "tıxacı" yaranıb.

"Biz mütəmadi olaraq şəhərin hər bir rayonunda yaranmış vəziyyətlə bağlı məlumat alırıq. Biz DİN, FHN və patrul polisi ilə əməkdaşlıq edirik. Təəssüf ki, şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Təcili yardım xidməti və bələdiyyə nəqliyyatı problemsiz çalışır. Suların çəkilməsi ilə bağlı işlərə başlamaq niyyətindəyik. Hazırkı mərhələdə əlimizdə olan texnika işlərin aparılması üçün tam kifayət edir. Lazım gəldikdə əlavə qüvvələr cəlb olunacaq", - deyə şəhər meriyasının məlumatında bildirilir.






698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP