Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

İranın hərbi gəmiləri Xəzəryanı ölkələrin limanlarını ziyarət edəcək

İran Xəzəryanı ölkələrin limanlarına hərbi gəmilər qrupu göndərəcək.
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə İran Dəniz Qüvvələrinin Şimal Donanmasının (4-cü zona) rəhbəri, kontr-admiral Əfşin Rezayi Həddad bildirib.

Səfər donanmalar arasında dostluq əlaqələri çərçivəsində yerinə yetiriləcək. Artıq bu məqsədlə iki gəmi qrupu hazırlanıb.

A. R. Həddad səfər ediləcək limanların adlarını açıqlamayıb.

Admiral İran Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində ölkənin ərazi suları boyunca təhlükəsizlik kəməri yaratdığını da vurğulayıb. Bu sistem Xəzərdə hərəkətləri izləməyə və monitorinq aparmağa imkan yaradır.

Qeyd edək ki, Xəzər dənizində İran hərbi gəmiləri bu il ilk dəfə olaraq Rusiyanın Həştərxan limanında dostluq səfərində olub.
1610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı