Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

İŞİD 400 seçki komissiyası üzvünü öldürdü

İraq İnsan Haqları üzrə Komissiyanın üzvü Fadıl Əl Qaravi İŞİD-in İraqın Mosul şəhərində törətdiyi vəhşiliklərlə bağlı açıqlama verib.

Açıqlamaya görə, İŞİD Mosulda 2100 nəfəri öldürüb, 1500-dən çox uşağı əsgər kimi yetişdirib.

Komissiyanın üzvü parlament binasında təşkil etdiyi konfransda İŞİD-in vətəndaşlara qarşı amansız hərəkətlərindən dəhşətə gəldiyini dilə gətirib:

“Təşkilat, satın aldığı qadınlara qarşı cinsi təcavüz və uşaq ticarəti ilə yanaşı Mosuldakı dörd düşərgədə 1500-dən çox uşağı əsgər kimi yetişdirib. Yaraqlılar əhalinin arasından 2100 nəfəri toplu şəkildə öldürüb. Həlak olanlardan təxminən 400-ü seçki komissiyası işçisi idi”.
436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17