Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Hərbi maşına hücum: 2 ölü

Əfqanıstanda ordunun hərbi geyimində olan 2 nəfər NATO əsgərlərini aparan maşına hücum edib.

Hadisə ölkənin Helmand əyalətində baş verib. Ölən NATO əsgərlərinin şəxsiyyəti açıqlanmır.

Ordu rəsmilərinin açıqlamasında əsgərlərə hücum edən silahlıların öldürüldüyü bildirilir. Hümuma görə məsuliyyət heç bir qruplaşma üzərinə götürməyib.

NATO əsgərləri Əfqanıstan işğal edildikdən sonra burada xidmətə başlayıblar. 2007-ci ildə bəri ölkədə Əfqan əsgərlərinin NATO hərbiçilərinə hücumları artıb. Bəzi hallarda isə Əfqanıstan ordusunda xidmət edən əsgərlər bir birinə hücumlar edirlər.

Son illər bu hallar az qeydə alınsa da, 2007-ci ildən bəri 100-dən çox əsgər belə hücumların qurban olub.

NATO əsgərləri Əfqanıstanda misiyalarını dekabr ayında rəsmən başa çatdırıblar. Ölkədə olan NATO hərbiçilərinin böyük bir qismi Əfqanıstanı tərk etsə də, 13 min əsgər hərbi təlimlər və terrorla mübarizə adı altında xidmətlərini davam etdirirlər.
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı