Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Abxaziya ilə Cənubi Osetiya Gürcüstana verilməyəcək

Aleksey Puşkov: "Gürcüstan Moskvadan Abxaziya ilə Cənubi Osetiyanı bir dövlət kimi tanımaq paktından imtina etməyi istəyib"
"Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələrin bərpa edilməsi üçün Tiflis rəsmi Moskvanın qarşısında şərt qoyub: Rusiya Abxaziya ilə Cənubi Osetiyanı bir dövlət kimi tanımaq paktından imtina etməlidir. Bu, mümkün olan şey deyil, çünki tarixi geri çevirmək olmaz”.
anspress.com-un Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiyanı Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Aleksey Puşkov özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, bu baxımdan da Rusiya ilə Gürcüstanın diplomatik əlaqələrinin yenidən bərpa edilməsi real görünmür. RİA-Novosti agentliyi isə Gürcüstanın xarici işlər naziri Mayya Pandjikidzenin bəyanatını xatırladır: “Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr o vaxt bərpa edilə bilər ki, Rusiya özünün işğalçılıq siyasətindən əl çəksin və Abxaziya ilə Cənubi Osetiyanı Gürcüstana geri qaytarsın".
1773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi