Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Şirinbəyli sakinləri təbii qaza görə aksiya keçirdi (VİDEO)

Goranboyun Qardağlı kəndinə 1988-ci ildə qərbi Azərbaycandan köçüb gələn ailələr onların yaşadığı məhəlləyə təbii qaz xəttinin çəkilməməsindən narazılıq edir.

150-dək kənd sakini buna etiraz olaraq rayonun Dəliməmmədli şəhəri ərazisində, Bakı-Qazax magistral yolunun kənarına toplaşıb. Sakinlər deyir ki, hələ ittifaq dövründən kənddə təbii qaz olsa da, onların yaşadıqları Şirinbəyli məhəlləsi qazlaşdırılmamış qalıb. Dəfələrlə lazımi qurumlara müraciət etsələr də onlara növbəti dəfə deyərək vəd verməklə kifayətləniblər.

“Bizə dedilər ki, qonşu Şadlı kəndinə qaz çəkiləndə sizə də qaz veriləcək. Biz də razı olduq. İndi qazı çəkib aparırlar biz də qalmışıq belə. Neyləməliyik?”, – deyə kənd sakini İnqilab Mustafayev bildirib.

Yaxınlıqdakı Şadlı kəndi ərazisinə də qaz xətti çəkilişinə bir neçə ay öncə başlanılıb. Şirinbəyli məhəlləsində yaşayan 120 ailəyə isə layihədə onlara qaz xəttinin çəkilməsinin nəzərdə tutulmadığı deyilib.

“Dedilər layihəyə salınmayıb, qaz çəkilişi qaldı növbəti dəfəyə. Elə ailə var 5-6 qəpiyə göy satır imkanlaşdırıb odun ala bilmir. Bu qışın 20-30 dərəcə şaxtada nəylə qızdırmalıdı?”, - deyə kənd sakini Zərbalı Bağırov qeyd edib.

Odun almağa maddi imkanı çatmayan ailələr çarəni həyətyanı sahədəki ağacları kəsərək yanacaq tədarük etməkdə tapıb. Sakinlər deyir ki, belə davam etsə, məhəllədə meyvə ağacı da qalmayacaq.

Goranboy rayon icra hakimiyyəti başçısının Qaradağlı kənd ərazi inzibati vahidi üzrə nümayəndısi Niyazi Səfərov bildirdi ki, 1988-ci ildə kəndə qərbi Azərbaycandan 500 ailə köçüb. Həmin ailələrin əksər hissəsi təbii qazla təmin edilib. Tezliklə Şirinbəyli məhəlləsinə də qaz çəkilməsi üçün layihə smeta sənədləri hazırlanacaq: 

“120 evə qaz verilməyib, kənd qaz xəttindən bir az kənarda yerləşir. Hazırda Şadlı kəndinə qaz çəkilir və rəhbərliyimiz şəxsən bu məsələ ilə çox ciddi bir şəkildə məşğuldu və tezliklə, yəni10 gün müddətində onlara da qaz çəkilişi davam etdiriləcək”.

Rayon icra hakimiyyətində də bildirdilər ki, növbəti ildə Qaradağlı kəndi tam olaraq qazla təmin ediləcək./ans/

664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39
08