Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Müsavat-REAL-NİDA ittifaqı yaranır

Avqustun 26-da Müsavat Partiyasının mərkəzi qərargahında Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı təmsilçilərinin görüşü keçirilib. Müsavat Partiyasından verilən xəbərə görə, görüşdə noyabr ayında keçiriləcək parlament seçkiləri və bu seçkilərdə həmin təşkilatlar arasında əməkdaşlıq perspektivləri barədə müzakirələr davam etdirilib.

Qeyd edək ki, adıçəkilən qurumlar arasında danışıqlar ötən həftədən başlayıb. Əvvəl Müsavat Partiyasının rəhbərliyi REAL-ın ofisində bu qurumun rəhbərliyinə daxil olan şəxslərlə görüşüb müzakirələr aparıblar. Avqustun 25-də REAL-ın rəhbərliyi ilə “NİDA” Vətəndaş Hərəkatının görüşü olub.

“Yeni Müsavat”a daxil olan məlumata görə, Müsavat, REAL və NİDA arasında görüşlərdə üç təşkilatın deputatlığa namizədlərinin müəyyənləşməsi və birlikdə müdafiə olunması məsələləri müzakirə edilir. Xəbərdə deyilir ki, üçlük içərisində qeydiyyatdan keçmiş təşkilat Müsavat olduğu üçün digər ikisinin deputatlığa namizədləri Müsavat Partiyasının namizədləri siyahısında yer alacaq və üç qurum seçkidə birlik olaraq iştirak edəcək.
555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber