Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Şeqren xəstəliyi. Gözlər və ağız quruyursa...

Şeqren xəstəliyi autoimmun xəstəlikdir. Bu nə deməkdir? Bizim immun sistemimiz orqanizmi bakteriyalar, mikroblar, viruslar və s. kimi sağlamlıq üçün təhlükə yarada bilən faktorlardan qoruyur, onlarla mübarizə edir.
Normada bu belə olmalıdır. Lakin bəzən immun sistemimiz orqanizmin öz sağlam hüceyrələrinə hücum etməyə və onları məhv etməyə başlayır. Bu autoimmun xəstəlikdir. Autoimmun xəstəliklərin inkişaf etmə səbəbləri hələ ki tam məlum deyil.
Şeqren xəstəliyi zamanı insanın immun sistemi daxili sekresiya vəzlərini (ilk növbədə tüpürcək və göz yaşı vəzlərini) zədələyir ki, onlarda iltihab yaranır və vəzlər tədricən məhv olur. Nəticədə ağız və gözlərin selikli qişaları qurumağa başlayır. Xəstədə bu kimi simptomlar inkişaf edir:
- ağız suyunun miqdarı azalır, ağız suyu daha qatı olur, ağızda daim quruluq hiss olunur,
- dodaqlar quruyur, üzərində qabıqlar əmələ gəlir,
- dildə və ağzın kənarlarında çatlar əmələ gəlir,
- yemək yedikdə ağız suyu qidanı isladır ki, bu udma prosesini asanlaşdırır. Şeqren xəstəliyi zamanı insan quru qidaları qəbul etdikdə əziyyət çəkir, qidanı uda bilmir, qida qəbulu zamanı tez-tez su içməli olur.
- ağız suyunun az olması kariesin daha da sürətli inkişafına səbəb olur,
- qulaqətrafı tüpürcək vəziləri böyüyür ki, insanın üzünün forması dəyişilir,
- gözlərdə yanma, işıqdanqorxma hissi yaranır,
- göz qapaqları qızarır və iltihablaşır.
Vaxt keçdikcə dərinin tər və piy vəziləri zədələnə bilər. Bu isə dərinin qurumasına və daha tez qocalmasına səbəb olur. Digər orqanlarda (burun-udlaq, ağ ciyərlər, mədəaltı vəzi, qara ciyər, sidik-cinsiyyət sistemi, oynaqlar) olan vəzlər da zədələnir. Bu isə müxtəlif pozulmaların (pnevmoniya, atrofik qastrit, iybilmənin və eşidmənin pozulması, oynaqlarda pozulmalar və s.) inkişafına səbəb olur.
Müasir tibdə Şeqren xəstəliyinin səbəbləri məlum deyil. Belə hesab olunur ki, streslər, soyuqlamalar, keçirilmiş infeksion xəstəliklər Şeqren xəstəliyinin inkişafına təkan verə bilər.
Bu xəstəlik daha tez-tez qadınlarda inkişaf edir.
Xəstəliyin diaqnostikası zamanı xüsusi qan analizləri, göz yaşlarının ifrazını "ölçən" xüsusi test (Şirmer testi) və s. müayinələr istifadə olunur.
Xəstəliyin müalicəsi xəstəliyin ağırlığından asılıdır. Daha yüngül formalarda yerli vasitələr - süni göz yaşı preparatları, ağız boşluğunu nəmləndirən preparatlar, nəmləndirici üz kremləri - istifadə olunur. Xəstəliyin daha ağır formalarında hormonlar və sitostatik preparatlar istifadə olunur.
Həmçinin xəstə tez-tez maye qəbul etməli, kondisionerlərdən istifadə etməməli, streslərdən uzaq olmalı, pis vərdişlərdən imtina etməlidir.
Şeqren xəstəliyi çox ciddi xəstəlikdir. Lakin onu nəzarətdə saxlamaq və ağırlaşmaların qarşısını almaq mümkündür./Saglamolun/
744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30
Xərçəngd