Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Nardaranda "İmam Rza" (ə)-ın mübarək doğum günü qeyd olundu - Fotolar

Nardaran qəsəbəsi İmam Rza (ə) meydanında İmam Rza (ə)-ın mübarək təvəllüdü möhtəşəm bayram mərasimi ilə qeyd olundu. 

 Bildiyimiz kimi, 11 Zilqədə Peyğəmbərimiz Mühəmməd (səlləllahu əleyhi və alih)-in nəslindən olan məsum övladı, Əhli Beyt bağçasının 8-ci çiçəyi, Qəriblər -qəribi, Günəşlər-günəşi Əli ibn Musa Rza (ə)-ın müqəddəs mövlud günüdür. İmam Rza (ə)-ın mübarək mövludu günü ilə əlaqədar ölkəmizin müxtəlif bölgələrində bayram tədbiri təşkil olunmuşdur.

Belə tədbirlərdən biridə Nardaran qəsəbəsi "İmam Rza"(ə) meydanında təşkil olunmuşdur.

 Tədbir qəsəbənin "İmam Rza" (ə) meydanında, qəsəbə sakinlərinin və qonşu qəsəbədən gəlmiş qonaqların iştirakı ilə baş tutmuşdur.

 Bayram tədbiri axşam namazından sonra "Heydəri-Kərrar" ilahi nəğmələr qrupunun üzvü Kərbəlayi Aydın Rzanın gözəl ifasında Qurani- Kərimin tilavəti ilə başladı, daha sonra İlahiyyatçı alimlərin, ağsaqqalların, şairlərin çıxışları  ilə davam etmişdir.

 Mövlud tədbirinə "Heydəri-Kərrar" ilahi nəğmələr qrupunun üzvlərinin gözəl ifaları ilə start verildi. Qrup üzvləri tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik etdikdən sonra Əhli-Beyti və İmam Rza (ə)-ı mədh edən möhtəşəm surudlar, ilahilər, şerlər ifa etdilər. Xüsusi ilə qrup rəhbəri Aydın Rzanın və Fərid Əliyevin ifasında səsələnən möhtəşəm ilahilər, qəzəllər və şerlər tədbir iştirakçılarına gözəl mənəvi zövq verdi.

  Məclisdə Nardaran Rəhimə xanım ziyarətgahının axundu, ilahiyyatçı alim, Hüccətul islam vəl muslimin Hacı Şeyx Fədai çıxış etdi. Hacı da öz növbəsində tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik etdikdən sonra bu günün İslam aləmində çox önəmli bir gün olduğunu qeyd etdi və İmam Rza (əleyhis səlam)-ın həyatı, bu günün mahiyyəti barədə qısaca məlumat verdi.

 Daha sonra məclis yenidən "Heydəri-Kərrar" ilahi nəğmələr qrupunun üzvlərinin gözəl ifaları ilə davam etdi.

Mübarək mərasimdə İlahiyyatçı-alimlər Hacı Əli Nur, Hacı Əlihüseyn Nuriyev, Hacı Hatəm və Zirə kəndində qonmaq gəlmiş ilahiyyatçı Hacı Cavid də iştirak edərək öz gözəl çıxışları ilə məclisi daha da şövqləndilrdiər.

 Məclisdə həmçinin  Əhli beyt şairi Məşhədi Mehrəli Asim də iştirak edirdi və onun ifasında Əhli-Beyti və İmam Rza (ə)-ı mədh edən möhtəşəm şerlərin, qəzəl və qəsidələrin səslənməsi məclisi daha da rəngarəng etdi.

  Sonra isə tədbir "Heydəri-Kərrar" ilahi nəğmələr qrupunun müşaiəti ilə, möhtəşəm atəşfəşanlıq altında İmam Rza (ə)-ın mübarək mövlud günü münasibəti ilə hazırlanmış"Tort"un kəsimi ilə davam etdi.

 
 Bayram məclisində iştirak edən azyaşlılar tərəfindən Əhli - beyt və İmam Rza (ə) haqqında gözəl hədislərin söylənməsi mərasimdə iştirak edənlər tərəfindən gurultulu alqışlarla müşaiət olundu.

 Mövlud mərasimində həmçinin ismi "Rza " olanlara xüsusi hədiyyələrin verilməsi mərasimi daha da ecazkar etdi.

 Mövlud tədbirində tədbir iştirakçıları üçün geniş bayram süfrəsi də açılmışdı və sonda mərasim iştirakçılarına mövlüd şirnisi də paylanmışdır./nardaranpiri.com /


























740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:25