Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Yəmən ordusu Səudiyyəyə atdığı ballistik raketin görüntülərini yayımlayıb (VİDEO)

Yəmən ordusu ötən gün Səudiyyə Ərəbistanın cənubunda Cizan şəhərinə atdığı "skud" tipli ballistik raketin görüntülərini yayımlayıb.

"al-Masira" telekanalının verdiyi xəbərə görə, Yəmən ordusunun mətbuat katibliyi atılan son ballistik raketin sayca üçüncü olduğunu bildirib.

Ordunun mətbuat katibliyi Səudiyyə Ərəbistanının Yəmənə etdiyi təcavüzdə mütəmadi olaraq qadağan edilmiş silahlardan istifadə etdiyini bildirib və buna əsasən yəmənlilərin də cavab veməkdə haqlı olduğunu bəyan edib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı ərazisinə atılan skud raketi Cizanda bir elektrik stansiyasını sıradan çıxarıb.

Amma Səudiyyə hərbi mənbələri skud raketinin “Patriot” havadan müdafiə raketləri vasitəsilə zərərsizləşdirildiyini iddia ediblər./SalamNews/

838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi