Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Qarabağ qazisi çarəsizlikdən özünü yandırmaq istəyir

“Azadlıq”a müraciət edən Sumqayıt şəhər sakini, I qrup Qarabağ qazisi Məcidov Malik Qardaş oğlu bildirir ki, mədə və bədənində olan qəlpə yaralarının törətdiyi fəsadla bağlı bir neçə dəfə Iran Islam Respublikasının xəstəxanalarında müalicə olunmasına baxmayaraq hələ də ağrılardan əziyyət çəkir.

M.Məcidovun bildirdiyinə görə, o, Sumqayıt şəhər IH başçısı Eldar Əzizovun bu şəhərə təyinatından sonra mənzil və müalicəsi ilə bağlı dəfələrlə başçının qəbuluna yazılsa da, onu qəbul etməyib. Əvəllər sakinləri həyətlərdə “açıq mikrofon” adlı şoular təşkil etməklə ancaq öyrədilmiş sakinləri qəbul edirdi. Təsadüfi şikayətçiləri də dinləyirdi. Dinləmədən sonra yaxın ətrafındakına “şikayəti protokola salın” deyirdi. Protokola “salsa” da sonradan heç bir əməli tədbir görülmürdü. Əttökən “açıq mikrofon” artıq yığışdırılıb.

Xatırladaq ki, Sumqayıtın keçmiş IH başçısı Vaqif Əliyevin rəhbərliyi dönəmində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binadan bir mənzili də I qrup əlil M.Məcidova verirlər. Təəssüflər olsun ki, həmin evdə yaşamaq Qarabağ qazisinə qismət olmur.


Evlər paylanarkən H.Əliyevin ad günü və “Gül bayramı”na hazırlıq gedirmiş. Sumqayıtın keçmiş IH başçısı V.Əliyev pul “sıxıntısı” keçirirmiş. Elə bu səbəbdən Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin müdiri Gülsarə Əhmədova vasitəçilik edərək M.Məcidovla IH başçısı V.Əliyevin təmasını təşkil edir. Başçının iş otağında evi satmaq barədə sövdələşirlər. Sövdələşmədə M.Məcidova bildirlir ki, ona növbəti ev bölgüsündə 2 mənzil veriləcək. Bundan əlavə ona “Karvan” Ticarət Mərkəzidən bir dükanda hədiyyə ediləcək. Bu minvalla M.Məcidovu aldadaraq evini satırlar. Xeyli müddətdən sonra növbəti ev bölgüsündə vəd verildiyinə baxmayaraq M.Məcidova ev verilmir.

M.Məcidov prezident I.Əliyevə müraciət etsə də nəticəsi olmur.

Ötən ilin 14 fevralında Sumqayıt şəhər IH başçısının müavini Akif Quliyev M.Məcidovun mobil telefonuna zəng edərək onun Eldar Əzizovun qəbuluna gəlməsini tapşırıb. Çox gözləntidən sonra həmişə olduğu kimi aldadıldığını başa düşən Qarabağ qazisi bundan əsəbiləşərək üzərində gəzdirdiyi benzini IH-in qarşısında başından tökərək təkrar özünü yandırmağa cəhd edib. IH-də xidmət aparan Mühafizə polisləri onu söndürərək intiharın qarşısını ala bilib. Əraziyə Sumqayıt Şəhər 4-cü Polis Bölməsinin əməkdaşları dəvət olunub. M.Məcidovu 4-cü Polis Bölməsinə aparıblar...

Sumqayıt şəhər IH başçısı Eldar Əzizovun göstərişinə əsasən Qarabağ qazisi “Sumqayıt Şəhər Əsəb və Ruhi Dispanseri”nə yerləşdirilir.

M.Məcidov Sumqayıt Şəhər Əsəb və Ruhi Dispanserində məcburən 10 gün “müalicə” alır.

Qarabağ qazisi ilə görüşdə o da məlum oldu ki, bu yaxınlarda M.Məcidovun “Daşaltı döyüşlərində” aldığı qəlpələri Iran Respublikasının həkimləri bədənindən çıxarıb. Həkim və yol xərclərini qohum-əqrabası və bir sahibkar üzərinə götürüb. Qeyd edək ki, M.Məcidovun ailəsində 3 oğul övladı böyüyür. Ona qarşı edilən naqisliyə baxmayaraq o övladlarını vətən uğrunda döyüşə hazırlayır.

Qazinin sözlərinə görə, şəhər Səhiyyə Idarəsində də müraciətinə baxan yoxdur.

M.Məcidov onu da bildirdi ki, o, müqavilə ilə işlədiyi “Azərişıq”ın Sumqayıt şəhərindəki idarəsindən 6 aydır maaş ala bilmir. Ona bildiriş göndərərək 200 manat maaşının 50%-ə endirilməsi haqqında məlumat veriblər. Işıq idarəsinə gedib-gəlməkdən təngə gələn Qarabağ qazisi Amerika səfirliyinin qarşısında özünü yandıracağını bildirir.
608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33
Heç utanırsız? Bu