Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Suriyada atəşkəs elan edildi

Suriyada təxminən 2 həftə əvvəl atəşkəs elan olunan bölgə üçün yenidən oxşar qərar verilib.

Şiələrin yaşadığı Livan sərhədinə yaxın Zabadani və İdlib şəhərində ordu və müxaliflərin razılaşması ilə elan edilən 2 günlük atəşkəsə Hizbullah nəzarət edəcək.

Bu gün yerli saatla 06:00-da başlayan atəşkəsə riayət olunub-olunmayacağı hələ ki, məlum deyil.

Xatırladaq ki, avqustun 12-də bu bölgədə 48 saatlıq atəşkəs elan edilmişdi, amma Nusra Cəbhəsi razılaşmanı pozduğu üçün razılaşma uzaldılmamışdı./axar/
788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP