Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

İsmayıllı məhbuslarının yaxınları etiraz edir

Bizim övladlarımız əsassız ittihamlarla həbs olunub

Əgər bir ölkədə ədalətli, müstəqil məhkəmə sistemi yoxdursa, digər sahələrdən danışmaq yersizdir. Bugün ölkədə 10-larla mübariz insan, gənc fəallar, jurnalistlər, hüquqşünaslar saxta ittihamlarla həbsə atılıblar. Bu insanların yeganə günahı, hüquqlarını tələb etmələridir.
Bildiyiniz kimi bir müddət öncə İsmayıllıda insanlar təhqir olunduqları üçün etiraza qalxmışdılar və bu etiraz bütün ölkəyə yayılmışdı. Ancaq, hakimiyyət bu etirazın səbəblərini deyil, etirazçıları axtarmağa başladılar. Nəticədə isə günahsız insanlar qondarma arqumentlərlə aylardı zindan həyatı yaşamağa məhkum edildi.
İsmayıll hadisələrinə görə həbas olnunan Abbasov Ceyhunun anası artıq bu ədalətsizliyə dözə bilmədiyini və ağır xəstəliyə tutulduğunu deyir: “Mənim uşağımın vəziyyəti çox ağırdı. Ceyhunun böyrəkləri sıradan çıxıb, gözləri bəbəkdən çıxır, qanla doludur. Mən uşağımın dözülməz vəziyyətini gördüyümdən özüm də xəstəlik tapmışam. 3000 nəfər adamın etirazına görə 1 nəfəri cəzalandırmaq allahsızlıqldır. Mənim 23 yaşlı övladıma zülm olunur. 23 illik zəhmətimi puç ediblər. Mənim oğlumun heç bir günahı yoxdur. Sadəcə olaraq təhqir olunmağına etiraz bildirib”
İsmayıllı etirazlarında həbs olnunan Mustafayev Sakinin anası Əminə xanım da oğlunun haqsız və əsassız ittihmlarla həbs olunduğunu bildirir: “ Aylardı oğlum günahsız yerə həbs həyatı yaşayır. Biz tez-tez icra hakimiyyətinin qarşısına gedib etorazımızı bildiririk. Ancaq biz onu da bilirik ki, bu məsələ icra hakimiyyətindən asılı deyil. Bu gənclərin həbsi bir başa hakimiyyətin yuxarı eşalonundan idarə olunur və proseslər göstərişlə həyata keçirilir. Bu qədər absurd məhkəmə, bu qədər ədalətsizlik olmaz. Bu baş verənlərə son qoyulmalıdır”
Bu hadisələrə görə həbs olunan Şaranov Xəyalın atası Sergey də baş verənləri əsassız sayır və həbs olunanların günahsız olduğunu bildirir: “ Biz aylardı müraciət etdiyimiz hər yerdən əliboş qayıdırıq. Vicdanı olan hər kəs bilir ki, həbs olunanalar günahsızdır, onlara qarşı heç bir ittiham yoxdu. Oğlum xəstədi, əməliyyat olunmalıdır, 7 aylıq körpəsinin üzün görməyib. Biz icra hakimiyyətinə müraciət etmişik ki, Şəkidə keçirilən məhkəmədə iştirak etmək üçün bizə avtomobil ayırsınlar. Əlacsız qalmışıq, əlimizdən heçnə gəlmir.”/azadlıq/
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39