Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Türkiyədə küçə davasında 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Türkiyənin cənub-şərqində Hakkari əyalətinin Yuksekova şəhərində polislə toqquşmalar nəticəsində 3 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Parlamentin deputatı Abdullah Zeydanın məlumatına əsasən, əyalətdə komendant saatına baxmayaraq, küçələrə yüzlərlə insan və silahlılar çıxıb. Toqquşmada silahlardan və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə olunub.

Polis iştirakçıları hadisə yerindən uzaqlaşdırmaq üçün odlu silahdan, su nasoslarından, həmçinin, gözyaşardıcı qazdan istifadə edib.

Türkiyədə vəziyyət 20 iyuldan sonra dəyişib. Belə ki, PKK tərəfindən Suriya ilə sərhəddə olan ərazilərdə terror aktları və tez-tez polis bölmələrinə silahlı hücumlar olunur.
600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP