Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Hindistan qarışır: 8 ölü

Hindistanın şimal-qərbindəki Qucarat ştatında etirazçılarla polis arasında qarşıdurma yaranıb. Nəticədə 8 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Bölgəyə əlavə canlı qüvvələr yeridilib, bəzi şəhərlərdə vətəndaşların küçəyə çıxmağı qadağan olunub.

Qucaratdakı hadisələrin digər əyalətlərə yayılmasını önləmək məqsədiylə telefon və internet xidmətləri ləğv edilib.

Hadisələrin ardından açıqlama verən Baş nazir Narendra Modi etirazçıları sakitləşməyə çağırıb.

Xatırladaq ki, etiraz dalğası ölkədə işsizlikdən şikayət edən və təhsil haqqı istəyən Patel birliyi tərəfindən təşkil olunur. Birliyin lideri 21 yaşlı Hardie Patel ötən gün Əhmədabad şəhərində təxminən yarım milyon insanın qarşısında çıxış etdikdən sonra həbs olunub./axar/
701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...