Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

İranlı nazir: “OPEC-də kimlərsə neftin ucuzlaşmasında maraqlıdır”

Neftini qiymətinin düşməsi OPEC-in bəzi üzv ölkələrinin marağında ola bilər.

Bu barədə İranın neft naziri Bijən Namdar Zəngəne bildirib.

O, təşkilat üzvlərinin qarşıdakı fövqəladə toplantı zamanı nə ilə isə bağlı razılığa gələ biləcəyinə şübhə ilə yanaşdığını söyləyib.

Nazirin sözlərinə görə, xam neftin qiymətini balanslaşdırmaq üçün OPEC ölkələri hasilatı balanslaşdırmalıdır.

“Bununla bağlı növbədənkənar toplantı keçirmək təklif edilib. Biz bunda problem görmürük” – qeyd edib, Zəngəne.

İranın neft naziri onu da əlavə edib ki, görüşün yekunu OPEC-in bütün üzvləri tərəfindən bəyənilməlidir: “Mənsə düşünürəm ki, bəzi üzv dövlətlər neftin yüksək qiymətini istəmir və aşağı qiymətlərlə başqa ölkələrə ziyan vurmaq məqsədi güdür”.
677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı