Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Çin və ABŞ-dan erməni ordusuna 45 milyonluq yardım

2005-2014-cü illərdə Ermənistanın Müdafiə Nazirliyi Birləşmiş Amerika Ştatlarından və Çin Xalq Respublikasından hərbi dəstək alıb.

Bu 10 il ərzində Müdafiə Nazirliyi iki dövlətdən təxminən 45 milyon dollar məbləğində qrant alıb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi “Məlumatlandırılmış Vətəndaşlar İttifaqı”nın sorğusuna cavab verərkən bildirib.

Məlumatda qeyd edilir ki, ABŞ-dan qrantlar “Xarici hərbi maliyyələşdirmə” (35,7 milyon dollar) və “Beynəlxalq hərbi tədris və təlim” (6 milyon dollar) proqramları çərçivəsində alınıb.

2009-2013-cü illərdə Çin Ermənistana 3,8 milyon dollar məbləğində təmənnasız hərbi yardım göstərib.
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...