Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Zaqatalada silahlı basqın

Zaqatalada silahlı basqın: evdən külli miqdarda pul aparıldı
Daxili İşlər Nazirliyi Zaqatalada baş verən silahlı basqınla bağlı məlumat yayıb

Zaqatala rayon sakini Q.Qurqunayevin evinə 3 maskalı şəxs tərəfindən silahlı basqın edilməsi ilə bağlı cinayət işi başlanıb.

İnterAz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 6-da saat 03:00 radələrində Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girmiş 3 maskalı şəxs onu və ailə üzvlərini döyüb, bıçaq və tapança ilə hədələyərək evdən 700.000 rubl (21 200 dollar), 3000 dollar və 50 000 manat pul aparıb.

Faktla əlaqədar cinayət işi başlanıb. Zaqatala RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber