Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

ABŞ-ı qar vurdu: 250 min adam işıqsız qaldı

Texas ştatının Dallas şəhərində güclü qar yağması nəticəsində 250 mindən çox sakin işıqsız qalıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, şəhərin bir sıra yerlərində güclü şaxta səbəbindən elektrik naqilləri qırılıb. Qarın ağırlığına tab gətirməyən ağacların budaqları sınıb, bu da naqillərin qırılmasına səbəb olub.

Dallas bölgəsində hazırda havaların kəskin soyuması vəziyyəti daha da mürəkkəbləşdirir. Cəmi iki gün bundan əvvəl havanın hərarəti müsbət 26 dərəcə olduğu halda, indi şaxta 10 dərəcəyə yaxınlaşır. Bu, dekabr ayı üçün Dallasda orta temperaturdan, demək olar ki, 20 faiz aşağıdır.

Havaların pisləşməsi yol nəqliyyat hadisələrinin sayının artmasına səbəb olub. Yerli hakimiyyət orqanları əhaliyə zərurət olmadığı hallarda küçələrə çıxmamağı və avtomobildən istifadə etməməyi məsləhət görüb.
1671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı