Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

“Zakir Həsənov yanlış qərarlar verdiyini artıq bilir”

Hərbi ekspert Üzeyir Cəfərov “feysbuk” səhifəsində son günlər mətbuatın gündəmindən düşməyən Müdafiə nazirliyində baş verən dəyişikliklərə münasibətini bildirib.

Üzeyir Cəfərovun “feysbuk” səhifəsində yazdığı qeydləri tədim edirik.

Müdaifə nazirliyi mətbuat kimi müasir silahdan yararlana bilmir

Hərbi ekspert son günlər Müdafiə nazirinin əsgərə saat bağışlaması haqda mətbuatda gedən yazıya münasibət bildirib: “Hörmətli dostlarım, mən demişəm və bu gün də deyirəm ki, mətbuat doğrudan da çox güclü silahdır. Çox təəssüf ki, bu ən müasir silahdan bizim Müdafiə Nazirliyindəki dostlarımız hələ də vaxtında və yetərincə istifadə edə bilmirlər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun guya öz şəxsi saatını əsgərə bağışlaması ilə bağlı xəbəri oxuyanda, yadıma bir lətifə düşdü. Onu burda yazmayacağam. Amma bu hadisə hələ çox-çox əvvəl, nazirin Şəmkir və Bərdə hərbi birləşmələrinə tanışlıq məqsədi ilə etdiyi səfərləri zamanı baş verib. Özü də Müdafiə naziri bir əsgərə deyil, xeyli əsgər və çavuşa qiymətli hədiyyə kimi saat və digər qiymətli hədiyyələr təqdim edib. Üstündən bir ay keçəndən sonra indi bu məlumatı belə təqdim etmənin qətiyyən effekti yoxdur. Hər şeyi vaxtında və zamanında etmək lazımdır”.

 

Zakir Həsənov bəzi əmrlərinin yanlış olmasını başa düşüb


“Müdafiə Nazirliyində son günlər o qədər maraqlı və diqqət cəlb edən hadisələr, təyinatlar həyata keçirilib ki, bax buna diqqət etmək lazımdır. Mən öz tərəfimdən bilərəkdən hələ bu haqda geniş danışmaq istəmirəm ki, qoy bizim hörmətli MN-dəki dövlətdən məvacib alan yoldaşlar zəhmət çəkib öz üzərinə düşən vəzifələri icra etsinlər. Mətbuatın və cəmiyyətin MN-dən çox ciddi gözləntiləri var. Hələliksə, daxildə çox maraqlı işlər baş verir. Məsələn, hörmətli Müdafiə naziri Zakir Həsənov artıq deyəsən, ona ilk günlər tez-tələsik imzalatdırılan bəzi əmrlərin yanlış olmasını başa düşüb. Səhra geyimlərində kəmər məsələsinə də nəhayət ki, qərar verilib. Döyüş bölgəsində xidmət keçən hərbçilər mütləq kəmər gəzdirəcəklər. Arxa cəbhədə xidmət keçənlərə isə kəmərsiz gəzmək icazəsi veriləcək”.

Hərbi sirr ələ keçirilə bilər

Üzeyir Cəfərov həmçinin Müdafiə Naziriliyində həyata keçirilən müəmmalı təyinat haqda da yazıb:

“Ləğv edilmiş bir neçə hərbi hissə və idarələrin əməkdaşları çaşqınlıq içərisində qaldıqlarından, Müdafiə nazirinə müraciət hazırlayıblar. Birini deyəcəyəm. Ləğv edilmiş Mənzil İstismar İdarəsinin lahiyə-smeta şöbəsinin işinin hansısa mülki firmalara verilməsi qərarı təcrübəli insanlarda narazılıq yaradıb. Axı “hərbi sir” deyilən bir anlayış var. Bir neçə yüksək rütbəli zabitin yenidən öz vəzifəsinə bərpa edilməsinə qərar verib.

Davamı gəlsin, cənab general. Ətrafınızı da məcbur edin ki, bir az aktiv çalışsınlar. Hadisələrin arxasınca deyil, onların önlənməsi, operativlik nöqteyi-nəzərdən lazım olan addımların atılması üçün bir qədər zəhmət çəksinlər.
Müdafiə nazirinin əmri ilə Maliyə İdarəsinə nəhayət ki, səlahiyyətli bir şəxs təyin edilib. Bu adam başqa qoşun birləşməsindən MN sisteminə gətirilib. Açmasını isə MN özü versə, yaxşı olar”./axar.az/

1581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10