Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2015

Su vasitəsilə yeni arıqlama üsulu

Britaniya alimləri artıq çəki ilə yeni mübarizə üsulu barədə məlumat veriblər. Onlar bildiriblər ki, yeməkdən 30 dəqiqə əvvəl 500 millilitr su qəbul etmək arıqlamağa kömək edir. Trend bu barədə “Daily Mirror”-a istinadən məlumat verir.

Yeni eksperimentdə artıq çəkisi olan və piylənmədən əziyyət çəkən insanlar iştirak edib. Könüllülər 2 qrupa bölünüb. Birincilər yeməkdən 30 dəqiqə əvvəl 500 millilitr su qəbul etdiyi halda, ikincilərdən xahiş olunub ki, yemək zamanı mədələrinin dolu olduğunu təsəvvür etsinlər. Mütəxəssislər 12 həftə ərzində təcrübə iştirakçılarının çəkisini yoxlayıblar.

Əldə olunan məlumata əsasən, birinci qrupdakı insanlar 4,3 kiloqram itirdiyi halda, ikinci qrup belə bir nəticə göstərməyib. Onlar yalnız 0,8 kiloqramdan azad ola biliblər.
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP