Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2015

Türkiyədə polisə qarşı növbəti terror aktı: 24 yaralı

Türkiyənin Mardin şəhərində PKK silahlıları içərisində polislər olan avtobusu partladıb.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, yerüstü piyada keçidində quraşdırılmış partlayıcı qurğu avtobus körpüdən keçərkən işə salınıb.

İnsident nəticəsində 10 polis əməkdaşı və 14 dinc sakin xəsarət alıb.

Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir. Partlayış nəticəsində piyada keçidinin bir hissəsi uçub, ətrafdakı binalara xeyli zərər dəyib.

 
 
 
 
 
 
 

462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02
İranda 134 yaşlı u