Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2015

ƏZİZ QARDAŞIMIZA MÜVƏFFƏQİYYƏTLƏR ARZULAYIRIQ!

Bu günlərdə, əziz və mübariz ruhani qardaşımız İslma partiyasının sədr əvəzi, Hacı Elçin Manfovun öz şəri və dini vəzifəsini bir qardaş kimi, əziz və mübariz ruhani qardaşımız Hacı İlham Əliyevə təqdim etməsi, biz ruhaniləri səmi qəlbdən sevindirdi və bu iki ruhani qardaşımızın belə çətin mübarizə şəraitində bir-birinə şəri vəzifə və məsuliyyətlərini belə səmimiyyətlə ötürməsi hamımız üçün əhəmiyyətli və önəmli bir örnək oldu.
Müxtəlif siyasi partiyaların və dəstələrin ən pis halda və yaraşmaz, bəzən də nalayiq sözlərlə vəzifəyə və məsuliyyətli məqamlara can atmaları, Vətənimizin cavan nəslinin zehnlərində acı təsir qoymaqda olarkən, Azərbaycan İslam Partiyasının məsuliyyətli şəxsiyyətləri, partiyanın nümunəvi lideri mübariz, ruhani, mömin Hacı Mövsüm Səmədovdan ilham alaraq, mübarizə meydanında yerdəyişmələri ilə bütün ruhanilərimizə, siyasi partiya rəhbərlərinə və cavanlarımıza əsl nümunə oldular.
Hicab və Hicab Qadağası Məhbuslarını MÜDAFİƏ KOMİTƏSİ həmişə mübariz ruhani və möminləri müdafiə etmiş və heç bir ayrı-seçkilik olmadan, bütün mübariz ruhani və mömin qardaşlarımızı birliyə və səmimiliyə dəvət etmişdir. Amma, çox təəssüflər olsun ki, bəzi əzizlərimiz var ki, hələ bu vaxta qədər beş il müddətində bu Komitənin mübariz rühanilər və möminlər haqqında verdiyi bəyanatların heç birini öz portallarında belə əks etdirməmişlər.
Bütün bunlara baxmayaraq, Hicab və Hicab Qadağası Məhbuslarını MÜDAFİƏ KOMİTƏSİ bütün əziz mübariz ruhani və möminlərin əllərindən öpür, onların hamısına başda İslam Partiyası olmaqla, haqq, ədalət və İslam, Quran və Əhli-Beyt (ə) məktəbinin prinsiplərinin həyata keçirilməsində böyük müvəffəqiyyətlər arzulayır!

Komitənin sədri Faiq Vəlizadə
28-08-2015

Hicab.org
724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber