Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2015

Suriya ordusu 28 terrorçunu məhv edib

Əl-Qaidə terror təşkilatının Suriyadakı qolu “ən-Nusra Cəbhəsi” İdlibdə ordunun nəzarətində olan sonuncu hava limanı Əbu-Duhura irimiqyaslı hücuma keçib.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, ordu qüvvələri son 3 gündə “ən-Nusra Cəbhəsi”-in 28 üzvünü məhv edib.

Suriya ordusu terror qruplaşmasının hücumunda 16 itki verib. Son məlumata görə, “Ən-Nusra” bir neçə kamikadze əməliyyatı həyata keçirməklə hava limanın əsas darvazasına çata bilib.

Qeyd edək ki, adıçəkilən hava limanı iki ildir ki qruplaşmaların mühasirəsindədir.
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP