Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

ABŞ-da polis silahsız tələbəni qətlə yetirib

ABŞ-ın San-Antonio şəhərində (Texas ştatı) polis silahsız tələbəni qətlə yetirib. Apa-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, asayiş keşikçisi 23 yaşlı Kemeron Redusu avtomobili yüksək sürətlə idarə etdiyinə görə saxlayıb. Bundan sonra onların arasında naməlum səbəbdən münaqişə baş verib. Mübahisə zamanı polis əməkdaşı xidməti silahını çıxararaq tələbəyə bir neçə dəfə atəş açıb.

Kemeron Redus aldığı ağır güllə yaralarından hadisə yerində ölüb. Onun üzərində hər hansı silahın olmadığı bildirilir. Hazırda insident ilə bağlı araşdırma aparılır. Polis əməkdaşı müvəqqəti xidmətdən kənarlaşdırılıb.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11