Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2015

İŞİD-in əlində əsir olan bir yezidi kürd qadının xatirələri!

Nur-az.com oweis.ir-a istinadən:
İŞİD terroristləri əlində əsir olan yezidi kürd qadınları hər cür ağır işgəncə və cinsi təcavüzdən amanda deyillər. Təzəlikdə onların əlindən qaçıb canını qurtaran və dəfələrlə neçə nəfərə bağışlanan Xalidə adlı bir qadın “Russian to day”in müxbirinə verdiyi müsahibədə bildirib ki, onlar üçün heç bir qız, qadın və ana əhəmiyyət daşımır. Bu cəllad ünsürlər insanları əsir tutduqları zaman kişilərini ayırıb, güllələyir, qadın və uşaqlarının başına isə istədiyi oyunu açırlar. Onlar məni bir ərəbistanlıya bağışladılar və o da, oğlumu qırx gün məndən ayrı saxladı. Ona yalvarırdım ki, atam sənə lazım olan qədər pul verəcək, o isə atamı imansız adlandıraraq sözlərimə əhəmiyyət vermirdi. Oğlumu özümə qaytaranda da, belində ağır zərbə yerlərini müşahidə elədim. Hətta mənə öz qızıma xörək verməyə icazə vermirdilər və ağladıqda da, balalarımı öldürməklə hədələyirdilər…
Əldə edilən məlumatlara əsasən, hal-hazırda bu terrorist ünsürlərin əlində beş minə yaxın yezidi kürd qadın və qızı əsirdir və onlarla istənilən tərzdə mübadilə və matah alveri edilir.
591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber