Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2015

İŞİD-in elektronika beyni öldürüldü!

Nur-az.com oweis.ir-a istinadən:
İŞİD-in “Elektronika hakimiyyəti” qrupunun komandiri Cüneyd Hüseyn Suriyanın əl-Riqqə şəhərində Amerika tərəfindən göndərilən sərnişinsiz təyyarənin hücumları nəticəsində məhv edilib.
İngiltərənin Birmenqam şəhərinin sakini olan bu şəxsin ötən həftənin çərşənbə axşamı öldürüldüyü qeydə alınıb. Hələ bundan əvvəl Amerika və Avropanın bir sıra mərkəzləri onun ötən yanvar ayında Amerika müdafiə nazirliyinin “Twitter”də şəxsi səhifəsinə nüfuz edərək əngəl törədən hakerlər qrupuna üzv olduğunu bildirmişdi. O, 2012-ci ildə də, İngiltərənin baş naziri Toni Bleyerin “Twitter”də şəxsi səhifəsinə nüfuzu üstündə həbs edilmişdi. İngilis mənbələri onun 10 yaşlı qızı və 45 yaşlı həyat yoldaşı ilə Suriyaya daxil olduğunu bildiriblər. Maraqlıdır ki, onun tanınmış ingilis xanəndəsi olan həyat yoldaşı Sallie Jonez da, bu ölkəyə daxil olandan sonra “Xənsa” qadın terrorist qrupunun komandirliyini öhdəsinə alıbmış.
414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı