Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2015

The Guardian: Qasim Süleymani cangüdənsiz ABŞ-ın nüfuzu olduğu ərazilərdə rahat dolanır

General Qasim Süleymani xarici informasiya vasitələrində necə hallanır?

Nur-az.com shia-news.com-a istinadən:
Bir müddət əvvəl xarici informasiya vasitələrindən birinin (The Guardian) heç bir mənbəyə əsaslanmadan general Qasim Süleymani tərəfindən İraqda Amerika hərbi qoşun komandirlərindən birinə göndərdiyi mesajla əlaqədar olaraq diqqəti bir sıra informasiya vasitələrində cənab generalın necə hallanmasına yönəldirik:

Wall Street Journal: Qasim Süleymani İranın hərbi əməliyyatlar üzrə eksterritorial məxfi komandiridir.

Daily Star: Qüds briqadasının komandirinin ideoloji perspektivində həm siyasi, həm də, hərbi potensiya birgə müşahidə olunur. O, 2014-2015-də könüllü xalq qüvvələrinin İŞİD-lə mübarizəsində qütb rolunu ifa edib.

English newspaper observer: Keçən ilin iyulunda İraq qoşunları İŞİD-in önündən Mosula təcavüzü zamanı qaçdıqları halda Qasim Süleymani tez bir zamanda Bağdadda hazır olaraq qoşun və xalq qüvvələrinə rəhbərliyi öz ixtiyarına almaqla onların qarşısına sədd çəkdi. Ərbil təhdid olunanda da, o, İraqın Kürdüstan vilayətində hazır idi. Bu şəxs İraqın hər yerində yüksək adla qiymətləndirilir, şiələr tərəfindən xüsusi olaraq sevilir və onu İŞİD-in qarşısını ala biləcək yeganə şəxs adlandırırlar.

Business insider portal: İraqda uzun müddət fəaliyyət göstərən Amerika hərbi komandirlərindən biri etiraf edib ki, Qasim Süleymani İranın regionda İŞİD-lə mübarizədə professional strateqidir və bütün işlərin ixtiyarı onun əlindədir.

Newsweek: İŞİD-in İraqa təcavüzündən sonra bu ölkə ilə hərbi-siyasi müşavirələrdən başlayaraq ta silah yardımı və təlim kurslarına qədər yaxından həmkarlıq edən İran olub. İran bir çox dünya hərbi ekspert və generalları tərəfindən peşəkar hərbi yurist və strateq adlandırılan Qasim Süleymaninin vasitəsi ilə İraqda İŞİD-lə mübarizəyə rəhbərlik edir.

New Yorker: 50 yaşından az olan Qüds briqadasının təvazökar komandiri Qərbi Asiyada vəziyyəti İranın xeyrinə yönəltməkdə mətanətlə addım atır, Suriyanın müdafiəsində xüsusi rol oynayaraq regionda gizli fəaliyyətini davam etdirir. O, hal-hazırda Qərbi Asiyanın qüdrətli şəxsi sayılır.

The Guardian: Qasim Süleymani hal-hazırda İraqın ən nüfuzlu şəxsi sayılır. O, hətta cangüdənsiz Amerikanın nüfuzu olduğu ərazilərdə rahat dolanır…

Daily Mail: General Süleymaninin əksər vaxtı İŞİD-lə mübarizə meydanlarında keçir və o, bu qruplara qarşı böyük iqtidara malikdir. Onun İraqda hüzurundan sonra bu ölkədə İŞİD-lə mübarizə yeni istiqamət alıb.

Seyid Sadiq Xərrazi (İranın Londonda keçmiş səfiri və BMT-də siyasi diplomatı): ABŞ-ın prezidenti Obama İraqın baş naziri əl-İbadi ilə söhbətində Qasim Süleymanini düşmən adlandırsa da, ona xüsusi ehtiram göstərdiyini bildirib. Hətta Con Kerri İranın xarici işlər naziri doktor Zərifə, bir dəfə də olsa, cənab Süleymani ilə yaxından görüş arzusunda olduğunu bildirib.

Ümumiyyətlə, hal-hazırda xarici informasiya vasitələrində general Qasim Süleymani böyük iqtidar sahibi, İraq və eləcə də, Qərbi Asiyada geniş nüfuza malik şəxs kimi hallanır, terrorizm və İŞİD-lə mübarizədə əvəzsiz olduğu bildirilir. Bununla bərabər İrana zidd informasiya vasitələri isə bu yenilməz və sadiq şəxsin əleyhinə provokasiya və təxribatla məşğuldur.
991 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi