Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Suriyada terrorçular bir-birinə qarşı vuruşurlar

Suriyada təkfirçilər Azad Suriya Ordusunun baş qərargah və silah anbarlarını ələ keçiriblər

Suriyada “İslam Cəbhəsi” təkfirçilər qruplaşmasının silahlı dəstələri Azad Suriya Ordusunun baş qərargah və silah anbarlarını ələ keçiriblər.

Bu barədə apa “Frans Press” agentliyinə istinadən xəbər verir.

“Bütün gecə davam edən döyüşdən sonra islamçılar Türkiyə sərhədi yaxınlığındakı Bab-əl Həvva şəhərində yerləşən Azad Suriya Ordusunun baş qərargah və silah anbarlarını ələ keçirə biliblər”, deyə Suriya insan haqları monitorinq mərkəzindən bildirilib.

Qeyd edək ki, “İslam Cəbhəsi”nin tərkibinə 7 müxalifət qruplaşması daxildir.

Qeyd edək ki, bir müddət əvvəl Qərbin nümayəndələri Suriyada hökumət əleyhinə çıxış edən silahlı birləşmələrin liderləri ilə birbaşa danışıqlar aparıblar.
1936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43