Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2015

Suriyaya getmək istəyən 14 nəfər tutuldu

İŞİD terrorçuları Türkiyəyə "Azad Suriya Ordusu"  terrorçularının yaralılarını daşıyan maşın karvanına hücum edib

Bu gecə Türkiyənin Kilis şəhər polisi və terrorla mübarizə idarəsinin Əlibəyli kəndində apardığı əməliyyat nəticəsində İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyən 14 nəfər tutulub. Lent.az-ın əməkdaşı Səbuhi Məmmədlinin Suriya sərhədindən verdiyi xəbərə görə, tutulanlardan üçü cənubi Koreyalı , ikisi Britaniya, ikisi isə Rusiya vətəndaşıdır.

İŞİD terrorçuları Suriyanın Tel-rifak qəsəbəsindən Türkiyəyə "Azad Suriya Ordusu" terrorçularının yaralılarını daşıyan maşın karvanına hücum edib. Nəticədə 6 yaralı öldürülüb. Dörd yaralı isə Kilis dövlət xəstəxanasına çatdırılıb.

Türkiyənin sərhədindən bir neçə kilometr aralıda yerləşən Azez şəhərində İŞİD terrorçuları ilə və "Azad Suriya Ordusu" terrorçuları arasında şiddətli döyüşlər gedir: “Atışma və top səsləri bizim dayandığımız yerdən aydın eşidilir. Əgər İŞİD Azezi ələ keçirsə, birbaşa Türkiyə sərhədlərinə dirənəcək”, - deyə əməkdaşımız bildirib.
371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı