Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Rusiya və Ukrayna arasında “yol xəritə”si hazırlanıb

Azarov: Rusiya və Ukrayna arasındakı əməkdaşlığın bərpasının “yol xəritə”si hazırlanıb
Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib ki, Rusiya və Ukrayna artıq əməkdaşlığın bərpasının “yol xəritə”sini hazırlayıblar.

Apa-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə hökumətin saytında dərc edilən məlumatda bildirilir.

“Hərtərəfli əməkdaşlığın bərpasının “yol xəritə”si artıq hazırlanıb və mən ümid edirəm ki, dünənki danışıqlardan sonra, demək olar ki, bütün mübahisəli məsələlər aradan qaldırılıb. İki prezident arasında keçirilmiş görüşün digər əsas mövzusu qaz probleminə dair yekun danışıqlara hazırlıq məsələləri ilə bağlı olub”, deyə baş nazirin bəyanatında qeyd olunur.
1507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP