Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2015

İŞİD-in bayrağını qaldıranlar həbs olundu

Tacikistan hökuməti müxalif İslam İntibahı partiyasını İŞİD-lə əlaqədə ittiham edib.

“Rosbalt”-ın verdiyi məlumata görə, bunu Tacikistan daxili işlər nazirliyinin nümayəndəsi bəyan edib.

“İslam İntibahı partiyasının üzv və fəalları ekstremist ideyaları təbliğ edir, ölkənin müxtəlif bölgələrində İŞİD-ın qara bayrağını qaldırırlar”, deyə DİN rəsmisi bildirib.

Onun sözlərinə görə, adıçəkilən insidentlərlə əlaqədar Şaartuz və Nurek rayonlarında 20 nəfər saxlanılıb.

“Nurek şəhərinin 14 sakini İnternet vasitəsilə İŞİD-in Yunus adlı tacik mənşəli silahlısı ilə tanış olub və terrorçulara rəğbət nümayiş etdirmək məqsədilə şəhərin mərkəzində qara bayraq asıblar”, deyə DİN rəsmisi əlavə edib.
537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48