Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2015

PKK AKP-nin regional liderini oğurladı

AKP-nin Tunceli vilayəti Mazgirt rayonunun sədri Süleyman Canpolad PKK-çılar tərəfindən qaçırılıb.

Hadisə keçən gün 20.30 radələrində baş verib. Rayonun Danaburan kəndi yaxınlığında yolu kəsən PKK Süleyman Canpoladla bərabər Göytəpə kəndinin muxtarını da getdikləri maşından düşürüblər. Daha sonra AKP sədrinə aid maşına od vurub yandırıblar.

Məlumata görə, girovların şəxsiyyəti müəyyənləşdirildikdən sonra kənd muxtarı sərbəst buraxılıb. Canpoladı isə “sənə dəfələrlə demişdik ki, bu vəzifəni burax, sən isə bizi dinləmədin” deyib özləriylə aparıblar.
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:23