Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2015

Ölkədəki bahalığın əsas səbəbi inhisarçılıqdır

AXCP sədri Əli Kərimli özünün Facebook səhifəsində monopoliyaların kənd təsərrüfatı məhsullarını və ərzağı necə bahalaşdırmasından yazıb. Həmin yazını təqdim edirik:

"Azadlıq radiosunun son araşdırmasına görə, ölkəmizə gətirilən kartofun hər kiloqramı üçün 42 qəpik rüşvət verilir. Bazarda kartofun 1 kiloqramının 0.80-1.20 manat olduğunu nəzərə alsaq, deməli, vətəndaşın bazarda kartof alan zaman ödədiyi pulun yarısı, ən azı üçdə biri rüşvətxorların cibinə gedir. Şübhəsiz ki, kartofu daha çox əhalinin kasıb təbəqəsi istifadə edir. Yarıac vəziyyətdə dolanan milyonlarla zəhmətkeş insanın boğazına şərik olmaq insanlığa, ləyaqətə sığan hərəkətdirmi?

Əlbəttə, söhbət tək kartofdan getmir. Əhalinin bazarda, dükünda xərclədiyi pulun yaxşı halda yarısı həmin məhsulun istehsalçısı və satıcısına çatır. Digər yarısı inhisarçı oliqarxlara çatır. Ölkədəki bahalığın da əsas səbəbi həmin inhisarçılıqdır. Bu soyğunçuluğun qabağı niyə alınmır? Dövlətin vəzifəsi müstəqil düşüncəli vətəndaşına divan tutmaq deyil axı. Dövlət ilk növbədə qanunçuluğu təmin etməklə, ədalətli rəqabət mühüti yaratmaqla, monopoliyaların qarşısını almaqla xalqın rifahına, güzaranının yaxşılaşmasına çalışmalıdır.

Araşdırma daha 2 dəhşətli faktı ortaya qoyub. Bilirsiniz ki, hökumət bu ili guya kənd təsərrüfatı ili elan etmişdi. Üstəlik, Rusiya da Avropadan gələn meyvə və tərəvəzə embarqo qoymuşdu. Azərbaycanlı fermerlər üçün Rusiya bazarında yeni imkanlar yaranmışdı. Lakin statistika göstərir ki, ölkədən tərəvəz ixracı bu ilin ilk 6 ayında hətta ötən ilin müvafiq dövründə olduğundan da 8.6% az olub. Bu da sizin kənd təsərrüfatı iliniz. http://www.azadliq.org/content/article/27215675.html

Və nəhayət, ilin I yarısında ölkəmizə xaricdən xiyar idxalı (9753 ton) dörd dəfə artıb. Bu qədər münbüt torpaqları, əlverişli iqlim şəraiti olan ölkədə xiyar istehsalını belə, təşviq edə bilməmiş hökumətin hərbi sənaye kompleksi yaratmaqdan, kosmik sənayeni inkişaf etdirməkdən danışması acı bir gülüş doğurmurmu?"
546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
Hələbdəki