Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2015

Nəsimi rayonunda qumarxanalara kim havadarlıq edir?

Etiraf edək ki, qumar oyunları ən gəlirli bizneslərdən hesab edilir. Elə bu səbəbdən deyə bilərik ki, qumar oyunları ilə məşğul olan yüksək elita bunu əsl əyləncə mərkəzinə çevirib. Xatırladaq ki, qumar oyunlarının qadağası ilə bağlı ölkə başçısı sərəncam imzalayıb.

Bir faktı nəzərinizə çatdıraq ki, cəmiyyət arasında bu kimi oyunlar heç də bir mənalı qarşılanmır. Bir neçə ailənin dağılması məhz qumar oyunları ilə bağlı olub. Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 26-da qumarxana ilə bağlı redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub. Belə ki, qumarxananın sahibi kimi tanınan Oktay adlı şəxs deyilənlərə görə birbaşa icra hakimiyyəti ilə "anlaşıb".

Digər bir qumarxana isə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 58 ünvanda fəaliyyət göstərir. Lakin bu qumarxana isə Gürgüstan vətəndaşı Rəşad adlı sahibkara məxsüsdur. Əfsüslər olsun ki, göstərilən ərazilər 19 və 22-ci polis bölmələri nəzarətindəri. Bizə maraqlı tərəf odur ki, mediada qumar oyunları ilə bağlı silsilə yazılar yayımlanır. Bunlarla bağlı tədbir görmək isə hüquq mühafizə orqanlarının səlahiyyətində olan məsələdir.

Dosye.org olaraq məsələni gündəmdə saxlamaqla dərin araşdırmalara başladıq. Yaxın zamanlarda Oktay və Rəşad adlı sahibkarlarla bağlı geniş yazılarımız yayımlanacaq. Və bundan sonra biləcəksiniz ki, Bakı şəhərin mərkəzində qumarxanalar havadarlar hesabına saxlanılır.
732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber